AFFA rəsmiləri Millətlər Liqasının püşkatmasında iştirak edəcəklər
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanın vitse-prezidentləri Elşad Nəsirov və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatmada Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.
Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirib
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
Azərbaycanlı UEFA nümayəndəsi Avropa Liqasının oyununa təyinat alıb
Çingiz Hüseynzadə: Olimpiya mükafatçılarımızın medalları yenilənəcək
Milli Olimpiya Komitəsinin növbəti 4 il üçün əsas planları açıqlanıb VİDEO