×
A
A
A
Sazlamalar

Faiq Qarayev səs verib: Azərbaycan xalqı tarixi gün yaşayır

Bakı, 7 fevral, AZƏRTAC

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, səs verənlər arasında qadın voleybolçulardan ibarət milli komandanın və Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev də var.
64 yaşlı mütəxəssis 23 saylı Nəsimi-Səbail seçki dairəsinə gələrək öz namizədinə səs verib.
F. Qarayev daha sonra seçkilərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb: "Xalqımız tarixi gün yaşayır. Ərazi bütövlüyümüzün bərpasından sonra ilk prezident seçkiləridir. Bir çox ölkədə olmayan şəffaflıq Azərbaycanda var. Dövlətimiz, xalqımız və gənclərimiz üçün xeyirli olsun".

İdman 2024-02-07 12:05:00