Olimpiya çempionu səs verib: Seçkilərdə iştirak etməyi özümüzə borc bildik
Bakı, 7 fevral, AZƏRTAC
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, səs verənlər arasında Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (ATF) vitse-prezidenti Zemfira Meftahətdinova da var.
Olimpiya çempionu Yasamal rayonunda yerləşən 17 saylı seçki dairəsinə gələrək öz namizədinə səs verib.
Seçkilərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Z.Meftahətdinova deyib: “Bu, tarixi gündür. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk prezident seçkiləridir. Vətəndaş olaraq biz də ailəliklə səsvermədə iştirak etməyi özümüzə borc bildik. Qalib xalqın qalib lideri olmalıdır. Seçkilərin necə şəffaf keçirilməsinin bir daha şahidi olduq. Hər kəsə uğurlar arzulayıram”.
Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb
İspaniya Kral Kubokunda iki komanda növbəti mərhələyə yüksəlib
Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam
Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram
"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ