×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların
aksiz dərəcələri”ndə “2710 19 210 1” və “2710 19 210 9” alt yarım-mövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2710 19 210 1

reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq

1 ton üçün 80,0 manat (31.12.2024-cü il tarixinədək – 1,0 manat)

2710 19 210 9

reaktiv mühərriklər üçün digər yanacaq

1 ton üçün 80,0 manat (31.12.2024-cü il tarixinədək – 1,0 manat)

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 yanvar 2024-cü il

№ 59

 

Qərarlar 2024-02-01 11:50:00