×
A
A
A
Sazlamalar

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2001, № 11, maddə 719 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 dekabr tarixli 438 nömrəli Qərarı) 1-ci hissəsinə “övladlığa” sözündən əvvəl “himayədar valideynlərə (himayədar ailəyə) və” sözləri əlavə edilsin.


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 yanvar 2024-cü il

№ 56

Qərarlar 2024-02-01 11:48:00