×
A
A
A
Sazlamalar

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 780 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizam-naməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak etmək;”.
1.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
“4.7.7-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul və yerdəyişməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 958 (Cild I) ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak etmək;”;
2.2. 4.10.6-cı yarımbəndə “edilməsinə” sözündən sonra “(bu Nümunəvi Nizamnamənin 4.10.6-1-ci yarımbəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
2.3. aşağıdakı məzmunda 4.10.6-1-ci yarımbənd əlavə edilsin:
“4.10.6-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul və yerdəyişməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 26 yanvar 2024-cü il

№ 48

 

Qərarlar 2024-01-29 19:10:00