×
A
A
A
Sazlamalar

“Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin 5-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroener-getika obyektlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya uyğun olaraq mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin mühafizəsi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına təmin edilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 26 yanvar 2024-cü il

№ 47

Qərarlar 2024-01-27 12:29:00