×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında icarəsinə yol verilməyən müəssisələr haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 10 avqust tarixli 431 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) birinci hissəsinin on üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə bazarlarında fəaliyyət göstərən nəzarət subyektləri”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 9 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1022 (Cild I) ilə təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları”nın 19-cu hissəsi aşağıdakı redaksiyada verilsin:
“19. Azərbaycan Respublikası Mərkəzi Bankının sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatları “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılır və idarə olunur.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 1.7.3-cü yarımbəndində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin.
4. “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 827 (Cild I) 2-ci hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.
5. “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 481 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissədən “Azərbaycan Respublikasının Maliyyə Bazar-larına Nəzarət Palatası,” sözləri çıxarılsın;
5.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Beynəlxalq metodologiyaya uyğun olaraq ölkənin icmal xarici borcu və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublika-sının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və mərkəzi icra hakimiyyəti orqanları arasında vəzifə bölgüsü”nün “İcraçılar” sütununun 4.3-cü və 4.6-cı bəndlərindən “, Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri, 10.5-ci bəndindən “Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri çıxarılsın;
5.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Beynəlxalq standartlara uyğun xarici borc statistikası və beynəlxalq investisiyalar balansına daxil olan göstəricilərin siyahısı və strukturu”nun “2. Beynəlxalq investisiyalar balansına daxil olan göstəricilərin strukturu və siyahısı” cədvəlinin “Göstəricinin adı” sütununda hər beş halda “qiymətli borc” sözləri “borc qiymətli” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1936 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”nin “Koordinasiya Qrupunun üzvləri” bölməsindən “Xəyyam İsmayılov - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank fəaliyyətinə nəzarət departamentinin bank olmayan kredit təşkilatlarına nəzarət idarəsinin rəisi” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 434 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2149 (Cild I) ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respub-likasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nın 2.1-ci və 2.3-cü bəndlərinə “yubiley” sözündən əvvəl “investisiya,” sözü əlavə edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının aeroportla-rında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın 32-ci hissəsindən “İdarə Heyətinin” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 yanvar 2024-cü il

№ 45

Qərarlar 2024-01-27 12:27:00