×
A
A
A
Sazlamalar

“AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196 (Cild I) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”yə aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:
“1.7. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçməsi barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I) ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:
“1.8. Sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin sürücülük vəsiqəsi üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563 (Cild I) ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nın I bölməsinə aşağıdakı məzmunda 27-ci hissə əlavə edilsin:
“27. Sərnişin və yük daşımaları üçün istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı verilən etibarnamələr üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinə aşağıdakı məzmunda otuz birinci abzas əlavə edilsin:
“Sərnişin və yük daşımaları üçün istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı verilən etibarnamələr üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384 (Cild I) ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na aşağıdakı məzmunda 6.8-2-ci bənd əlavə edilsin:
“6.8-2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər barədə dövlət reyestrinə daxil edilən məlumatlar (kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”na aşağıdakı məzmunda 3.10-cu bənd əlavə edilsin:
“3.10. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslərin və fərdi sahibkarların vergi və məcburi dövlət sosial sığorta haqqı borcunun olub-olmaması barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145 (Cild I) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. Avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilmiş pasport üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir.”.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 601 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”na aşağıdakı məzmunda 3.21-ci bənd əlavə edilsin:
“3.21. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə verilmiş icazə üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir.”.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. aşağıdakı məzmunda 4.33-cü bənd əlavə edilsin:
“4.33. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar, onların mülkiyyətində, istifadəsində və ya icarəsində olan avtonəqliyyat vasitələri, avtomobil nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbə-daxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması tarixi və sığorta müqaviləsinin müddəti, sürücülərin sürücülük vəsiqəsi, habelə müntəzəm avtobus marşrutları və müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında bağlanılmış müqavilələr barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir (ötürülür).”;
9.2. 6.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşınması üçün ödəniş alətinə vəsait yüklənməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir.”;
9.3. 6.5-ci bəndin birinci abzasının üçüncü cümləsi dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə biletlərin elektron qaydada əldə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir və bilet üzrə məlumatlar informasiya sisteminə daxil edilir.”;
9.4. aşağıdakı məzmunda 8.5-1-ci bənd əlavə edilsin:
“8.5-1. Qeyri-müntəzəm sərnişin daşımaları üçün formulyarın elektron qaydada tərtib edilməsi Azərbaycan Respublikası Preziden-tinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir və formulyar üzrə məlumatlar informasiya sisteminə daxil edilir.”;
9.5. 10.2.4-cü yarımbəndə “biletlərini” sözündən sonra “(elektron qaydada əldə edilmiş biletlər istisna olmaqla)” sözləri əlavə edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 14 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”na aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin:
“1.9. Avtomobil nəqliyyatı ilə yük daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar, habelə onların mülkiyyətində, istifadəsində və ya icarəsində olan avtonəqliyyat vasitələri barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir (ötürülür).”.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 270 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin:
“1.9. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayon-daxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında bağlanılmış müqavilələr və müntəzəm avtobus marşrutları barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir.”.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 2.2-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Avtomobil nəqliyyatının infrastruktur obyektləri sahiblərinin müraciətlərində qeyd olunan daşınmaz əmlaklarla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarına dair məlumatlar (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmış sorğu əsasında) Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.”.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 751 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 13 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın 19-cu hissəsi aşağıdakı redaksiyada verilsin:
“19. Proqrama uyğun hazırlıq keçmiş sürücülər və onlara verilmiş şəhadətnamələr barədə məlumatlar Azərbaycan Respub-likası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir (ötürülür). Hazırlıq keçmiş sürücülərin və onlara verilmiş şəhadətnamələrin uçotu “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir.”.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 249 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 982 (Cild I) ilə təsdiq edilmiş “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
14.1. 6.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xidmət mərkəzlərinin (servis emalatxanalarının) registrdə qeydiyyata alınması Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir və onlar barədə məlumatlar informasiya sisteminə daxil edilir.”;
14.2. 9.2-ci bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Taxoqraf kartlarının verilməsi üçün elektron qaydada müraciətlərin qəbulu Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə də həyata keçirilir.”;
14.3. aşağıdakı məzmunda 9.18-ci bənd əlavə edilsin:
“9.18. Taxoqraf kartlarının qeydiyyatı və onların verildiyi şəxslərin uçotunun aparılması Azərbaycan Respublikası Preziden-tinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir və onlar barədə məlumatlar informasiya sisteminə daxil edilir.”.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 977 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”nın 3.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.8. Hazırlıq və yenidən hazırlıq keçmiş operatorun məsul şəxsi (məsul şəxsləri), həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər və onlara verilmiş şəhadətnamələr barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir. Hazırlıq və yenidən hazırlıq keçmiş operatorun məsul şəxsinin (məsul şəxslərinin), həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin və onlara verilmiş şəhadətnamələrin uçotu “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir.”.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316 (Cild I) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın 6-cı hissəsinə aşağıdakı məzmunda 95-ci sətir əlavə edilsin:

 

 95.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

 

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 397) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın 1.2-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Operatorların uçotunun aparılması Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir və onların uçotu üzrə məlumatlar informasiya sisteminə daxil edilir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 yanvar 2024-cü il

№ 44

Qərarlar 2024-01-27 12:26:00