×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub-likasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 645 (Cild I) adına, 1-ci hissəsinə və həmin Qərarla təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın adına “Övladlığa götürməyə,” sözlərindən sonra “himayədar ailə olmağa,” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qayda-ları haqqında Təlimat”ın 7-ci hissəsinin iyirmi səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:
“Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) himayədar valideyn olmaq barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlə-dən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə ötürülür. Valideyn-namizədin və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, həmin şəxslərin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində təkrar olaraq altsistemə ötürülür.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.7-1-ci bəndə “şəxslərin” sözündən sonra “himayədar ailəyə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin)” və “uşaqlar” sözündən sonra “, himayədar ailə” sözləri əlavə edilsin;
3.2. 2.19-cu bənd üzrə:
3.2.1. birinci abzasda “yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya (bundan sonra - Komissiya)” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilsin;
3.2.2. ikinci abzasın birinci cümləsində “Komissiya” sözü “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə, “qəyyumluq orqanının razılığını və ya göstərişini” sözləri “məlumatı” sözü ilə əvəz edilsin;
3.2.3. ikinci abzasın üçüncü cümləsində “Komissiyanın” sözü “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə əvəz edilsin;
3.3. 2.19-1-ci bənd üzrə:
3.3.1. birinci abzasda “Komissiyaya” sözü “Azərbaycan Respub-likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilsin;
3.3.2. ikinci abzasın birinci cümləsində “Komissiya” sözü “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə, “qəyyumluq orqanının razılığını və ya göstərişini” sözləri “məlumatı” sözü ilə əvəz edilsin;
3.4. 9.15-ci bəndə birinci halda “Ədliyyə Nazirliyinin,” sözlərindən sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2013, № 1, maddə 66 (Cild I) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na Əlavə - “Elektron anketin forması”nın 18-ci hissəsinə “olması” sözündən sonra “, himayədar ailənin tərbiyəsinə verilməsi” sözləri, “şəxs” sözündən sonra “, himayədar valideyn(lər)” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisə-lərinə yerləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1.1-ci yarımbənddə “yerli icra hakimiyyəti orqanlarına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin;
5.2. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.3. Müraciətə daxil olduqdan 10 (on) iş günü müddətində “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən baxılır və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116.7-ci və 116.8-ci maddələrinə uyğun olaraq, uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414 (Cild I) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.3-cü bənddə “uşağın yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin;
6.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5. Müraciətə daxil olduqdan 10 (on) iş günü müddətində Agentlik tərəfindən baxılaraq, uşağın Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116.7-ci və 116.8-ci maddələrinə uyğun olaraq qrup evinə yerləşdirilməsi barədə qərar qəbul edilir və qərarın surəti qrup evinin tabe olduğu dövlət orqanına (qurumuna) göndərilir.”;
6.3. 2.9-cu bənd üzrə:
6.3.1. 2.9-cu bəndə “Uşaq” sözündən sonra “Agentliyin qərarı əsasında” sözləri əlavə edilsin;
6.3.2. 2.9.1-ci yarımbənddən “qayğı başa çatdıqdan sonra” sözləri çıxarılsın;
6.3.3. 2.9.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.9.2. övladlığa və ya himayədar ailəyə verildikdə;”;
6.4. aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:
“2.9-1. Uşağı götürmək istəyən valideynləri (digər qanuni nümayəndələri) Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Agentlik tərəfindən müraciətə 5 (beş) iş günü müddətində baxılaraq, uşağın valideynlərinə (digər qanuni nümayəndələrinə) qaytarılmasının mümkünlüyü qiymətlən-dirilərək qərar qəbul edilir.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2021, № 4, maddə 415 (Cild I) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.3-cü bənddə “uşağın yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin;
7.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5. Müraciətə daxil olduqdan 10 (on) iş günü müddətində Agentlik tərəfindən baxılaraq, uşağın Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116.7-ci və 116.8-ci maddələrinə uyğun olaraq müəssisəyə yerləşdiril-məsi barədə qərar qəbul edilir və qərarın surəti müəssisənin tabe olduğu dövlət orqanına (qurumuna) göndərilir.”;
7.3. 2.10-cu bənd üzrə:
7.3.1. 2.10-cu bəndə “Uşaq” sözündən sonra “Agentliyin qərarı əsasında” sözləri əlavə edilsin;
7.3.2. 2.10.1-ci yarımbənddən “qayğı başa çatdıqdan sonra” sözləri çıxarılsın;
7.3.3. 2.10.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.10.2. övladlığa və ya himayədar ailəyə verildikdə;”;
7.4. aşağıdakı məzmunda 2.10-1-ci bənd əlavə edilsin:
“2.10-1. Uşağı götürmək istəyən valideynləri (digər qanuni nümayəndələri) Agentliyin yerli qurumlarına “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Agentlik tərəfindən müraciətə 5 (beş) iş günü müddətində baxılaraq, uşağın valideynlərinə (digər qanuni nümayəndələrinə) qaytarılmasının mümkünlüyü qiymətlən-dirilərək qərar qəbul edilir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 yanvar 2024-cü il

№ 43

Qərarlar 2024-01-27 12:25:00