×
A
A
A
Sazlamalar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Fuad Ağasi oğlu Əliyevin vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Fuad Ağasi oğlu Əliyev vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Fuad Ağasi oğlu Əliyevin vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- Əhməd Fazil oğlu Rəhmanov;
- Habil Kərəm oğlu Rəhimov;
- Azər Xanlar oğlu Əsədzadə;
- İlham Əbdülkərim oğlu Quliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 


Sədr      Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Qərarlar 2024-01-26 22:07:00