×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 768 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına “say həddinin” sözlərindən sonra “, onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər)” təsdiq edilsin (əlavə olunur).”;
1.3. 3-cü hissədə “10080 (on min səksən)” sözləri “31466 (otuz bir min dörd yüz altmış altı)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs bu Qərardan irəli gələn məsələləri həll etsin.
3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 24 yanvar 2024-cü il

№ 40

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 17 aprel
tarixli 175 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin 
əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər)

 

 

 

Sıra

№-si

 

 

Vəzifələrin adı

Əməkhaqlarının məbləği

aylıq vəzifə maaşı (manatla)

mükafat

(manatla)

 

Direktor

2100

İl ərzində

2 (iki) aylıq vəzifə maaşı həcmində

 

Direktor müavini

1850

 

Şöbə müdiri

1500

 

Baş mütəxəssis, baş mühasib

1300

 

Aparıcı mütəxəssis

1150

 

Mütəxəssis

1000

Qərarlar 2024-01-26 11:11:00