Müdafiə Nazirliyi: Çətin relyefli ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.
Mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra edilir.
Qeyd edək ki, mühəndis təminatı üzrə zəruri tədbirlər planına uyğun olaraq, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.
Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO