AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib VİDEO
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsindən 34 il ötür. Hər il olduğu kimi, bu il də faciənin ildönümündə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Səhər saatlarından başlayaraq insanlar axın-axın Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar. 20 Yanvar Azərbaycanın müasir tarixinə qanlı və şanlı səhifə kimi yazılıb.
AZƏRTAC-ın kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə təzə tər qərənfillər qoyub.
Bakıda Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib
Metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb
Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib