BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd olunub
Bakı, 20 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları filialın foyesində 20 Yanvar faciəsindən bəhs edən kitablardan ibarət sərgi ilə tanış olublar.
Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən Qazax filialının direktoru Arif Rüstəmov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun hərbçiləri tərəfindən Bakıda dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. O gecə büsbütün qana boyandı. Bu qanlı hadisənin baş verməsində əsas məqsəd azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. 20 Yanvarda günahsız insanların qanı axıdıldı. Lakin heç bir qüvvə xalqımızın azadlıq arzusunu boğa bilmədi. Xalqımız azadlıq əldə etdi.
Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, İctimai fənlər kafedrasının müəllimi İndira Vəliyeva, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Mustafa Mustafayev 20 Yanvar hadisələrindən, onun səbəblərindən bəhs ediblər. Vurğulanıb ki, bu qanlı faciə xalqımızın azadlıq eşqinin, iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Şəhidlərin qəhrəmanlığı gənclər üçün nümunədir.
“Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb
Şagird bacarıqlarının inkişaf etdirilməsi mövzusunda elmi seminar
Kimyaçı-alim nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatı ilə təltif edilib
Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planı hazırlanır