AZAL kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar - Ümumxalq Hüzn Günündə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin kollektivi Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, AZAL-ın rəhbərliyi və əməkdaşları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğul və qızlarının məzarları üzərinə qərənfillər qoyublar.
20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinin ən faciəli günlərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Vətənpərvərlik rəmzi olan bu gün hər bir azərbaycanlının yaddaşında əbədi olaraq qalacaqdır.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib