20 Yanvar xalqımızın azadlıq yolunda fədakarlığını dünyaya göstərdi
Bakı, 20 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədbirdə çıxış edən rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıb, faciənin heç zaman yaddan çıxmayacağını bildirib. Qeyd olunub ki, 20 Yanvar xalqımızın azadlıq, müstəqillik yolunda fədakarlığını dünyaya göstərdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra, 1994-cü il martın 29-da Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov, baş elmi işçi Əyyub Quliyev, şöbə müdiri Kamal Hüseynov 20 Yanvarın tariximizin qanlı, həm də qəhrəmanlıq səhifələrindən biri olduğunu söyləyiblər. Vurğulanıb ki, qanlı faciə unudulmazdır. Şəhidlərin əziz xatirəsi könüllərdə zaman-zaman yaşayacaq.
Sonra rəsədxana əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək faciə qurbanlarının məzarları önünə gül dəstələri qoyublar.
İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər
ADPU Daşkənd Universiteti ilə əməkdaşlıq edəcək
BDU-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru ilə görüş
ADU tələbələri ilk dəfə olaraq xaricdə təcrübə keçəcəklər
BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb