Türkiyə Milli Müdafiə Nazirliyi: Qara Yanvar qətliamında şəhid olan qardaşlarımızı ehtiramla yad edirik
İstanbul, 20 yanvar, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin sosial media hesabında yayımlanan paylaşımda deyilir: “1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda yaşanan və qara Yanvar qətliamında şəhid olan qardaşlarımızı ehtiramla yad edirik.
“Bir millət, iki dövlət” olaraq Azərbaycan Türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik”.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib