×
A
A
A
Sazlamalar

20 Yanvar – Azərbaycan xalqının yenilməz iradəsinin rəmzi

Bakı, 20 yanvar, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 1990-cı il yanvarın 20-ni Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzi kimi qiymətləndirib. Bildirib ki, 20 yanvar şəhidlərinin ruhu şaddır. Bu gün dövlət suverenliyi bütün ölkə ərazisində təmin olunub.
Elmi işlər üzrə direktor müavini Ramilə Dadaşova, elmi katib Südabə Hüseynova, şöbə müdirləri Vahid Ömərov, Günel Musayeva və Samirə Həbibbəyli çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycan xalqının şanlı tarixidir.

20 yanvar 2024-01-20 12:58:00