TÜRKPA: Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edirik
Bakı, 19 yanvar, AZƏRTAC
SSRİ rəhbərliyinin göstərişi ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 34 il ötür. Sovet qoşunlarının törətdiyi Yanvar faciəsi nəticəsində 150 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polislər yaralanıb. 1990-cı ilin faciəli hadisələrinin qurbanlarına “20 Yanvar şəhidi” deyilir. Ümumilikdə, Azərbaycanda 150 “20 Yanvar şəhidi” var.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Qardaş xalqın milli birliyinin və vətənpərvərliyinin rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir. Allah şəhidlərin ruhunu şad etsin!”.
Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb
Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ