×
A
A
A
Sazlamalar

Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar yaddaşımızdan silinməyəcək

Bakı, 19 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov 20 Yanvar hadisələrindən, faciənin dəhşətlərindən, xalqımızın müstəqillik naminə apardığı mübarizədən bəhs edib. O, tariximizə qanla yazılmış 20 Yanvarın heç zaman yaddan çıxmayacağını bildirib.
Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova 20 Yanvarın tariximizin həm qanlı, həm də şanlı, qəhrəmanlıq səhifəsi olduğunu söyləyib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.
İnstitutun əməkdaşları Nəcəf Qəhrəmanov, Əmiraslan Qaramanov və Aynurə Məmmədova çıxış edərək xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü yolunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıblar.

Elm və təhsil 2024-01-19 15:26:00