Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində 20 Yanvar gününün xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü olduğu qeyd edilib. 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımız tərəfindən hər zaman yad olunduğu bildirilib.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar - Qan yaddaşımızdır” adlı elektron məlumat bazası və “20 Yanvar - Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi kitab sərgisi təqdim olunub.
Sərgidə yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.
UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub
İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib
Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb