“Azadlığa gedən yolun carçıları” - internat məktəbində tədbir
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı şəhəri 10 nömrəli sanatoriya tipli internat məktəbində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Azadlığa gedən yolun carçıları” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları öncə məktəbin şəhid məzunlarının xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov və internat məktəbinin direktoru Fərid Quliyev Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar hadisələrindən söz açıblar.
Tədbirə dəvət olunan şəhid anaları və qazilər şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağı, onların göstərdiyi fədakarlıq və qəhrəmanlıqların heç zaman unudulmayacağı vurğulanıb.
Daha sonra məktəblilərin hazırladığı videoçarx, səhnəcik və ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb
BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir
Elmi Mərkəz: Cənub-şərq regionunda etnoqrafik, arxeoloji və numizmatik abidələr aşkarlanıb