Azərbaycan Ordusunda komandir toplanışları davam edir VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib.
Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib.
Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.
Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir
Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər
Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib