×
A
A
A
Sazlamalar

MN: İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlarla təlim-metodiki toplantı keçirilib

Bakı, 8 yanvar, AZƏRTAC

Bu ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplantıda ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülən işlərə, qazanılan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələr dinlənilib, cari ildə bu istiqamətdə görüləcək işlər, perspektiv planlar müzakirə olunub.

Ordu 2024-01-08 12:51:00