Laçında yol qəzasında həlak olmuş hərbçilərə şəhid statusu veriləcək
Bakı, 4 yanvar, AZƏRTAC
Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərə şəhid statusu veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
O deyib ki, bu gün Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında veriləcək.
Allah şəhidlərimizə rəhmət eləsin!
Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir
Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər
Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib