×
A
A
A
Sazlamalar

Kanadada fəaliyyət göstərən Recayna Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının İdarə Heyətindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Kanadada yeni fəaliyyətə başlamış Recayna Azərbaycanlıları Mədəniyyət Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə Azərbaycanda qazanılan nailiyyətlərlə fəxr edirik. Əminik ki, bu uğurlar hər bir vətənpərvər azərbaycanlını sevindirir. Sizin həyata keçirdiyiniz uğurlu siyasət sayəsində Azərbaycanın tərəqqi yolunda daha sürətlə irəliləyəcəyinə əminik.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər, yeni-yeni qələbələr arzu edirik.
Hörmətlə,

 

Kanadada fəaliyyət göstərən Recayna Azərbaycanlıları
Mədəniyyət Assosiasiyasının İdarə Heyəti

 

Məktublar 2023-12-29 18:02:00