×
A
A
A
Sazlamalar

Rusiyada fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü, Krasnoyarsk vilayəti üzrə rəhbəri Ceyhun Cəfərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bütün dünya Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının siyasət, iqtisadiyyat, hərbi quruculuq, elm, təhsil, mədəniyyət və idman sahələrində əldə etdiyi misilsiz nailiyyətlərin şahididir. Əlbəttə, bu uğurların ən möhtəşəmi ölkəmizin tarixi Qələbəsidir. Sizin müdrik siyasətiniz, qətiyyətli, cəsarətli addımlarınız, Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində biz həmişəlik olaraq tarixi Qarabağ torpağımıza qayıtmışıq.
Əminəm ki, Azərbaycan Respublikası bundan sonra da əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin davam etdirdiyiniz yolla irəliləyərək daha uca zirvələr fəth edəcək.
Bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Növbədənkənar prezident seçkilərində Sizin şəksiz qələbənizə, xalqımızın əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də düzgün və müdrik seçim edəcəyinə inanıram.
Rusiya Federasiyası Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində yaşayan və çalışan bir azərbaycanlı kimi Vətənimizlə bağlı qürur hissi keçirirəm. Əminəm ki, 2024-cü ildə nəzərdə tutduğunuz bütün xeyirxah təşəbbüsləriniz həyata keçəcək, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni-yeni qələbələr əldə edəcəkdir.
Dərin hörmətlə,

 

Ceyhun Cəfərov
Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq
Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü,
Krasnoyarsk vilayəti üzrə rəhbəri

Məktublar 2023-12-29 17:17:00