×
A
A
A
Sazlamalar

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.
Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri uğurla inkişaf etdirilir.
"LUKOYL" şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.
Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım.
Hörmətlə,

 

Vahid Ələkbərov
Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti

Məktublar 2023-12-27 19:35:00