×
A
A
A
Sazlamalar

İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Sevda Dadaşovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu illər ərzində Azərbaycan dövlətinin inkişaf etməsi, güclənməsi istiqamətində gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Vətəndən uzaq olsaq da hər zaman Sizinləyik.
Daim Sizin diqqət və qayğınızı üzərində hiss edən Azərbaycan diasporu bundan sonra da əzmkarlığını artıracaqdır. Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşmiş Azərbaycan xalqı ilə birlikdə həmişə Sizin arxanızdadır.
Hörmətlə,

 


Sevda Dadaşova
İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri

 

Məktublar 2023-12-27 15:19:00