×
A
A
A
Sazlamalar

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Almaniyada yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirəm. Biz Sizi Azərbaycanın inkişafına, xalqın rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və əsl vətənpərvər şəxsiyyət kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Sizin yorulmaz səyləriniz, xalqın etimadı, vətəndaşların həyatını daha da firavanlaşdırmaq üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaqdır. 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzulayırıq.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirik.
Hörmətlə,

 


Lalə Məmmədli
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

Məktublar 2023-12-27 15:17:00