×
A
A
A
Sazlamalar

Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi doğum gününüz münasibətilə Cəmiyyətimizin üzvləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə “İlhamla irəli” devizi ilə “Dəmir yumruq” kimi möhkəm cansağlığı arzulayırıq. Bizə həsrətində olduğumuz Qələbə, tarixdə tayı-bərabəri olmayan Zəfər sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinləyik.
Yaşasın Ali Baş Komandan!
Hörmətlə,

 

Frəngiz Bağırova
Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri

Məktublar 2023-12-27 14:38:00