×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib VİDEO

Sankt-Peterburq, 26 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.

Rəsmi xronika 2023-12-26 13:11:00

Video