×
A
A
A
Sazlamalar

“Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində altı türk əsgəri şəhid olub

İstanbul, 23 dekabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyənin baza ərazilərinə sızmağa çalışan terrorçularla atışmada altı türk əsgəri şəhid olub, bir əsgər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, ilkin məlumata əsasən, qarşıdurma zamanı 13 terrorçu məhv edilib.
Bölgədə terrorçulara məxsus hədəflərə qarşı hava hərəkatları icra olunur.

Ordu 2023-12-23 10:42:00