×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Xocalı rayonunun Naxçıvanlı kəndində olub YENİLƏNİB VİDEO

Xocalı, 22 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.
Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

Rəsmi xronika 2023-12-22 16:27:00

Video