PUA bölmələri ilə təlim-məşq uçuşları icra edilib VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO
Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir