×
A
A
A
Sazlamalar

Zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsi genişləndirilir

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Təklif edilən dəyişiklikdə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılır.

Ordu 2023-12-19 14:21:00