Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
Cari ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.
Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.
Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO
Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir