×
A
A
A
Sazlamalar

ABŞ-da atışma olub, ölənlər var

Bakı, 10 dekabr, AZƏRTAC

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yaşayış binasında baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə polisə istinadla “Fox News” kanalı məlumat yayıb.
Məlumata görə, zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib. Ölən və yaralananların kimliyi barədə məlumat verilmir.
Hadisənin narkotik alveri zamanı baş verdiyi bildirilir.

Dünya 2023-12-10 08:54:00