×
A
A
A
Sazlamalar

Çin metan və maye oksigenlə işləyən üçüncü raketini buraxıb

Bakı, 10 dekabr, AZƏRTAC

Dünyanın ilk oksigen-metan mühərriki ilə işləyən Çinin "Zhuque 2 Y-3" raketi üç peyki uğurla orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə özəl inkişaf şirkəti “LandSpace” saytında məlumat yayıb.
Kosmosa buraxılış Bakı vaxtı ilə saat 03:39-da Ciuquan kosmodromundan baş tutub. Raket orbitə üç peyk çıxarıb – “HongHu”, “TianYi-33” və “HongHu-2”.
Bu buraxılış maye oksigen və metan qarışığı üzərində işləyən “Zhuque 2” raketi üçün üçüncü idi. Tərtibatçılar onun orbitə dörd tona qədər müxtəlif yük çıxara biləcəyini qeyd edirlər.

Dünya 2023-12-10 08:15:00