×
A
A
A
Sazlamalar

ABŞ-da tornado bir neçə nəfərin həyatına son qoyub VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

ABŞ-ın Tennessi ştatında tornado nəticəsində bir neçə nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalının yerli bölməsi xilasetmə xidmətinin nümayəndəsinə istinadla məlumat yayıb.
Ölənlərin sayı dəqiqləşdirilməyib.
Məlumata görə, tornado həm də binaların uçmasına səbəb olub. Dağıntılar altında bir neçə nəfər qalıb, onların sayı hələ müəyyən edilməyib.

 

Dünya 2023-12-10 06:22:00

Video