×
A
A
A
Sazlamalar

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyib

Kiyev, 8 dekabr, AZƏRTAC

Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səylərini dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.
“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onların suverenliyinə və ərazi bütövlüyünə sadiqik. Ukrayna Azərbaycan və Ermənistan arasında münaqişənin dinc və diplomatik yollarla yekun həllini dəstəkləyir”, - deyə Ukrayna XİN yazıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Siyasət 2023-12-08 22:10:00