×
A
A
A
Sazlamalar

Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər

Bakı, 8 dekabr, AZƏRTAC

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Şamaxı və Oğuz rayon sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Regionlar 2023-12-08 19:14:00