Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək
Bakı, 8 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (018) 654-00-40, (070) 275-88-33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Erməni terrorunun şahidi: Düşmənin bazarı hədəf almasında əsas məqsədi daha çox insanı öldürmək idi
Cəbrayıl şəhərindəki yaşayış kompleksi 33 binadan ibarətdir FOTO
Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə ilin sonuna kimi şagird sayı 400-ə çatacaq