×
A
A
A
Sazlamalar

İlin ötən dövründə Şahdağ Milli Parkını 10 minə yaxın turist ziyarət edib

Bakı, 8 dekabr, AZƏRTAC
İlin ötən dövründə Şahdağ Milli Parkını 10 minə yaxın turist ziyarət edib.
Bu barədə AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
“Hazırda milli parkda 50 ekoturizm marşrutu fəaliyyət göstərir. Yeni təqvim ilində bir neçə yeni marşrutun yaradılması planlaşdırılır”, - deyə A.Babayeva qeyd edib.
Xatırladaq ki, bu gün Şahdağ Milli Parkının yaradılması günüdür. Milli park Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində yaradılıb.

 

Cəmiyyət 2023-12-08 16:45:00