×
A
A
A
Sazlamalar

Andrey Yatskin: Ölkələrimiz arasında münasibətlər ittifaq səviyyəsindədir

Bakı, 8 dekabr, AZƏRTAC

2024-cü ilin sentyabr ayının 18-20-də Avrasiya Qadınlar Forumu keçiriləcək. Düşünürəm ki, bu forumun təşkili əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Ölkələrimiz arasında münasibətlər ittifaq səviyyəsindədir. Parlament, ticarət sahələrində də əlaqələrimiz qənaətbəxşdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının dekabrın 8-də Bakıda keçirilən 20-ci yubiley iclasında səsləndirib.
Parlamentlərarası komissiyanın fəaliyyətindən danışan A.Yatskin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını da diqqətə çatdırıb.
Şimal-Cənub dəhlizi üzrə birgə layihələrin həyata keçirilməsindən qeyd edən rusiyalı parlamentari təhlükəsizlik məsələləri sahəsində əməkdaşlıq əlaqələrini vurğulayıb.

Siyasət 2023-12-08 16:41:00