×
A
A
A
Sazlamalar

Əli Hüseynli: Son danışıqlar bizə regionda sülhün əldə olunması üçün böyük ümidlər verir

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səylərimiz davam edir. Son danışıqlar bizə regionda sülhün əldə olunması üçün böyük ümidlər verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynli komissiyanın dekabrın 8-də Bakıda keçirilən 20-ci yubiley iclasında səsləndirib.
Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafından danışan Ə.Hüseynli Zəfərimizdən sonra ölkəmizin regionda yaratdığı reallıqlardan bəhs edib. O, gələn ilin fevralında ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də iclas iştirakçılarının diqqətinə çatdırıb.
Milli Məclis sədrinin müavini ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edərək dərinləşəcəyindən əminliyini ifadə edib.

Siyasət 2023-12-08 16:21:00