Abşeron rayonunda qətl törədən şəxs barəsində cinayət işinin istintaqı yekunlaşıb
Bakı, 8 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi avqustun 19-da Sumqayıt şəhər sakini Ruslan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Abşeron Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Baş prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaqla Stanislav Yakuşevin qeyd edilən tarixdə rayonun Masazır kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında istifadəsiz köşkdə Ruslan Məmmədovla spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə daşla vuraraq qəsdən öldürməsi, daha sonra sonuncunun üzərində olan mobil telefonu oğurlamasına əsaslı şübhələr müəyyən edilib.
Stanislav Yakuşevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 177.2.2 (təkrar oğurluq etmə) və digər maddələr ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycanda ağacəkmə aksiyaları davam edir
Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib
Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb