×
A
A
A
Sazlamalar

SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında 27 komanda birinci yerə layiq görülüb

Bakı, 8 dekabr, AZƏRTAC

SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında 27 komanda birinci yerə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bunu “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov festivalın bağlanış mərasimində söyləyib. O bildirib ki, 73 komanda ikinci, 67 komanda üçüncü yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.
Xatırladaq ki, SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı dekabrın 4-dən 8-dək keçirilib.
SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Festivala Türkiyə, Niderland, Çexiya, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistandan da iştirakçılar qatılıb.

Elm və təhsil 2023-12-08 16:09:00