×
A
A
A
Sazlamalar

Moskvadan Tbilisiyə gələn təyyarə eniş edə bilməyib

Tbilisi, 8 dekabr, AZƏRTAC

Moskvadan Tbilisiyə uçan “Azimut” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraitinə görə, Rustaveli adına Beynəlxalq Aeroporta eniş edə bilməyib.
AZƏRTAC xəbər verir ki, təyyarə Kutaisi hava limanına yönləndirilib.
Tbilisi aeroportunun sərnişinlərinin dediyinə görə, duman və yağış səbəbindən bir neçə təyyarə aeroporta enə bilməyib. Eyni zamanda, bəzi reyslər təxirə salınıb.
Aeroportdan bildirilib ki, Moskva-Tbilisi istiqamətində uçan təyyarə Kutaisi hava limanına eniş edib. Bəzi sərnişinlərin avtobuslarla Tbilisiyə göndərilməsi istiqamətində tədbirlər görülür. Hava şəraiti imkan verdikdə təyyarənin qalan sərnişinlərlə birlikdə Tbilisiyə uçuşu bərpa olunacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2023-12-08 16:02:00